Türkiyənin “Trabzonspor” klubunun milli komandamızın hücumçusu Renat Dadaşova maraq göstərməsi barədə xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, Qara dəniz təmsilçisi hələ də həmyerlimizdən imtina etməyib.
Qardaş ölkə təmsilçisi ən azından Dadaşovu birdəfəlik heyətə qatmaq mümkün olmasa belə, onu icarəyə götürmək istəyir.
Mövsüm başa çatan kimi bununla əlaqədar klub rəsmiləri Dadaşovun şərəfini qoruduğu İsveçrənin “Qrasshopper” klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Renatın “Qrasshopper”lə 2024-cü ilin yayına kimi müqaviləsi var.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
11:48 / 28.05.2023
“Trabzonspor” millimizin hücumçusunu icarəyə götürmək istəyir
Hazırda oxunan: “Trabzonspor” millimizin hücumçusunu icarəyə götürmək istəyir
Hazırda oxunan: “Trabzonspor” millimizin hücumçusunu icarəyə götürmək istəyir
138379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.