“Neftçi” futbolçusunu geri qaytarır

“Neftçi” futbolçusunu geri qaytarır

Hazırda oxunan: “Neftçi” futbolçusunu geri qaytarır

138220

"Neftçi" "Turan Tovuz"a icarəyə verdiyi Turan Vəlizadəni yay təlim-məşq toplanışına cəlb etməyi planlaşdırır. 

Bizim.Media xəbər verir ki, “ağ-qaralar”la müqaviləsi 2024-cü il iyunun 30-na qədər olan yarımmüdafiəçinin xidmətində maraqlı olan klubların sayı az deyil. 

Bu mövsümü icarə əsasında keçirdiyi "Turan Tovuz" da futbolçunu yeni sezonda da heyətdə saxlamaq istəyir. 

22 yaşlı futbolçunun hansı qərarı verəcəyi mövsüm başa çatdıqdan sonra bəlli olacaq. Yay toplanışını "Neftçi"də keçəcəyi təqdirdə belə, futbolçunun yeni mövsüm başqa komandaya icarəyə verilmək ehtimalı yüksəkdir. "Sumqayıt", "Səbail" klubları da Turanla yaxından maraqlanır. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO