Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başlayıb - FOTO 

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başlayıb - FOTO 

Hazırda oxunan: Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başlayıb - FOTO 

138019

Bu gün Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk günə yekun vurulub.  

Bizim.Media xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın gənc atlet iştirak edəcək. 

İlk yarış gününə oğlanlar arasında çəkisi 49 kq-a qədər olan idmançıların mübarizəsi ilə yekun vurulub. Bu çəkidə toplam 146 kq (68+78) nəticə göstərən İlham Əkbərov qızıl, 144 kq (68+76) nəticə göstərən Nihat Zairov gümüş, 136 kq (63+73) nəticə göstərən Əlimehti Hüseynov isə bürünc medala layiq görülüblər. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO