Cüdoçularımız Avstriya qran-prisinin ilk günündə iki medal qazandı

Cüdoçularımız Avstriya qran-prisinin ilk günündə iki medal qazandı

Hazırda oxunan: Cüdoçularımız Avstriya qran-prisinin ilk günündə iki medal qazandı

138010

Avstriyanın Linz şəhərində cüdo üzrə qran-pri turniri keçirilir.  

Bizim.Media xəbər verir ki, ilk gündə Azərbaycan cüdoçuları iki medal qazanıblar.  

Kamran Süleymanov qran-pridə gümüş medal qazanıb. 66 kq çəki dərəcəsində çıxış edən idmançı finalda İspaniya təmsilçisi David Qarsiya Torneyə uduzub.

Qadınların yarışında isə 52 kq-dakı Gültac Məmmədəliyeva digər ispan Ariane Toro Solerə qalib gələrək bürünc medala sahib çıxıb.  

60 kq-dakı Nazir Talıov isə bürünc medal uğrunda qarşılaşmada Ukraynadan olan Artem Lesiukə yenilərək beşinci yerlə kifayətlənib. Bu gün mübarizəyə qoşulan Əhməd Yusifov (60), Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Finan Əlizadə (57 kq) də medalsız qalıblar. Qran-pri mayın 27-də başa çatacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO