Boksçumuz yarımfinala vəsiqə QAZANDI 

Boksçumuz yarımfinala vəsiqə QAZANDI 

Hazırda oxunan: Boksçumuz yarımfinala vəsiqə QAZANDI 

137904

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsinə yekun vurulub. 

Bizim.Media xəbər verir ki, döyüşlərin yekununa əsasən Azərbaycan millisinin 1 boksçusu qələbə qazanıb.  

66 kq çəkidə rinqə çıxan Şəhla Allahverdiyeva Asuteya Ausiuteni (Litva) 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib.

O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib. Allahverdiyeva finala gedən yolda fransalı Fatia Benmessahellə üz-üzə gələcək. 

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO