“Barselona” “Nou Kamp”dan köçür

“Barselona” “Nou Kamp”dan köçür

Hazırda oxunan: “Barselona” “Nou Kamp”dan köçür

137627

İspaniyanın "Barselona" komandası mayın 28-də Kamp Nou stadionunda son oyununu keçirəcək. Həmin gün komanda "Malyorka"nı qəbul edəcək.  

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Stadionun rekonstruksiyası və təmir işləri ilə əlaqədar komanda buraya 2024-cü ilin noyabr ayında qayıdacaq.

Köhnə görkəmli stadionda son matçına çıxaq "Barsa" bu oyun üçün xüsusi forma hazırlayıb. Formanın üzərində 1957-2023 yazıları olacaq. Bu da stadionun 1957-ci ildə açılmağına işarədir. Eyni zamanda katalonların futbolçusu Serxio Beskets də "Barselona" formasında son oyununa çıxır.  
"Kamp Nou" böyüklyünə görə yalnız İspaniyada deyil, bütün Avropada seçilir. Burada 98 min 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən, stadion beş ulduza layiq görülüb.  

Təmirdən sonra stadion 106 min tamaşaçı tutumuna malik olacaq. Həmçinin tribunanı qoruyan hərəkətedici tavan da inşa ediləcək.

Yeni dizaynda stadionda işıq effektləri daha cəlbedici görünəcək. Stadionda əlillər üçün xüsusi yerlər hazırlanacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO