“Araz Naxçıvan”ın stadionunu su basdı - VİDEO

“Araz Naxçıvan”ın stadionunu su basdı - VİDEO

Hazırda oxunan: “Araz Naxçıvan”ın stadionunu su basdı - VİDEO

137450

Azərbaycan I divizionunun qalibi olan "Araz Naxçıvan" bu gün son turda "Zaqatala"ya qarşı keçirəcəyi oyun öncəsi çətin durumla üzləşib. 

Bizim.Media xəbər verir ki, matçın keçiriləcəyi Naxçıvan Muxtar Respublika stadionunun qazonunu su basıb. 

Belə ki, dünən Naxçıvan şəhərinə düşən güclü leysan qazonun su altında qalmasına səbəb olub. Bu səbəbdən oyun saatınadək muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qazonun suyunun çəkilməsi üçün əlindən gələni etməyə çalışacaq. 
Qeyd edək ki, liderliyi öncədən təmin edərək oyunu özləri üçün formal xarakterə çevirən "Araz Naxçıvan" "Zaqatala"nı saat 16:00-da qəbul edəcək. Qarşılaşmadan sonra isə Naxçıvan təmsilçisinə divizionun qalibi kimi medallar və kubok təqdim olunacaq.
 

Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO