Misli Premyer Liqasında 35-ci tura yekun vuruldu

Misli Premyer Liqasında 35-ci tura yekun vuruldu

Hazırda oxunan: Misli Premyer Liqasında 35-ci tura yekun vuruldu

137367

Bu gün Misli Premyer Liqasında 35-ci tura yekun vurulub. 

Bizim.Media xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçirilib.  

"Turan Tovuz" "Səbail"i qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatb. "Şamaxı" - "Qəbələ" və "Sabah" - "Zirə" oyunlarında qapılara qol vurulmayıb. Ötən tur çempionluğu rəsmiləşdirən "Qarabağ" isə öz meydanında "Sumqayıt"a uduzub - 1:2. 

Bu nəticələrdən sonra avrokuboklara vəsiqə qazanan 4-cü və Premyer Liqanı tərk edəcək 1 komanda müəyyənləşməyib. Lakin "Sumqayıt"ın elitanı tərk etməyəcəyi dəqiqləşib. 

Qeyd edək ki, avrokuboklara 4-cü vəsiqə uğrunda mübarizə "Qəbələ" və "Zirə" arasında gedir. Premyer Liqanı isə "Şamaxı" ilə "Səbail" tərk edə bilər. Bütün bunlara sonuncu - 36-cı turda aydınlıq gələcək. 

Misli Premyer Liqası, 35-ci tur 
22 may (bazar ertəsi) 

16:30. “Turan Tovuz” – “Səbail” - 2:2  

Qollar: Şəhriyar Əliyev, 2 (1:0), Ayxan Quseynov, 49 (2:0), Franko Mazurek, 73 (2:1), QOba Zakpa, 90+3 (2:2) 

Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı 

Tovuz şəhər stadionu 

16:30. “Şamaxı” – “Qəbələ” - 0:0  
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Kamal Umudlu 

Şamaxı şəhər stadionu 

16:30. “Sabah” – “Zirə” - 0:0  
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev 

“Bank Respublika Arena” 
16:30. “Qarabağ” – “Sumqayıt” - 1:2  

Qollar: Vüsal İsgəndərli, 33-pen. (0:1), Səbuhi Abdullazadə, 39 (0:2), Riçard Almeyda, 88 (1:2) 
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Teymur Teymurov, Əli Əliyev 

“Azersun Arena” 

21 may (bazar) 
“Kəpəz” – “Neftçi” - 1:3 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO