Qarabağ”ın Çempionlar Liqasında potensial rəqiblərinin sayı 13-ə çatdı

Qarabağ”ın Çempionlar Liqasında potensial rəqiblərinin sayı 13-ə çatdı

Hazırda oxunan: Qarabağ”ın Çempionlar Liqasında potensial rəqiblərinin sayı 13-ə çatdı

137223

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 13-ə çatıb.

Bizim.Media xəbər verir ki, daha dörd komandanın səpələnməmişlər səbətində yer alacağı dəqiqləşib.

Söhbət Cəbəllütariqin “Linkoln”, Kiprin “Aris”, Rumıniyanın “Farul” və Kosovonun “Balkani” klublarından gedir. Onlar güclülərin yer aldığı səpələnmişlər səbətində qərarlaşan “Qarabağ”ın mümkün rəqibləri sırasına qoşulublar.

Siyahıya Albaniya çempionu və ilkin mərhələnin qalibi də qoşulacaq. Ermənistanın ən güclüsü də zəiflər səbətində yer alacaq. Ancaq UEFA Azərbaycan və Ermənistan təmsilçilərinin üz-üzə gəlməsinə icazə vermədiyindən onlar “Qarabağ” üçün potensial rəqib hesab olunmur.

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində 13 potensial rəqibi:

“Linkoln” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakov” (Polşa), “Aris” (Kipr), “Haken” (İsveç), Farul (Rumıniya), “Valmieras” (Latviya), “Balkani” (Kosovo), “Larne” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Svift Esperanj” (Lüksemburq) “Struqa” (Şimali Makedoniya).
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO