Ukrayna və Rumıniya gimnastlarına Bakıda xüsusi mükafatlar VERİLDİ - FOTO

Ukrayna və Rumıniya gimnastlarına Bakıda xüsusi mükafatlar VERİLDİ - FOTO

Hazırda oxunan: Ukrayna və Rumıniya gimnastlarına Bakıda xüsusi mükafatlar VERİLDİ - FOTO

137191

Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatı çərçivəsində “Team Spirit” və “Miss Press” mükafatlarının təqdimatı olub.

Bizim.Media xəbər verir ki, “Team Spirit” mükafatı qrup hərəkətləri üzrə Ukrayna komandasına, “Miss Press” mükafatı isə rumıniyalı gimnast Annalize Draqana verilib.

“Team Spirit” mükafatının qalibi tamaşaçılar, nümayəndə heyətləri və könüllülər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşib. “Miss Press” mükafatının sahibini isə media nümayəndələri seçiblər.
Xatırladaq ki, “Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparıb.

Gənclərdən ibarət qrup komandamız çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız çoxnövçülükdə üçüncü pillədə yer alsa da, üç lent və iki topla yarışda Avropa çempionu olub. Gimnastımız Zöhrə Ağamirova isə topla yarışda bürünc mükafata layiq görülüb.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO