Premyer Liqanın dördüncü dövrəsində uğursuz nəticələri sıralayan “Neftçi” 35-ci turda “Kəpəz”in qonağı olacaq.
Bizim.Media xəbər verir ki, “ağ-qaralar” Qəbələ səfərində meydana itkilərlə çıxacaq.
Ötən həftə “Şamaxı” ilə qarşılaşmada növbəti dəfə sarı vərəqə alan Eddi İsrafilov cəzalı duruma düşüb. Bu, Azərbaycan millisinin futbolçusunun cari mövsümdə aldığı 8-ci “sarı”dır.
Azər Əliyev də gəncəlilərə qarşı oynaya bilməyəcək. Solaxay futbolçu zədəsinin müalicəsi ilə məşğuldur. Hətta fərdi məşqlərdən də kənar qalıb. Azər Salahlının kürəyində, Kenni Sayefin ayağında baş qaldıran ağrılar isə tam səngiməyib.
Fizioterapevt nəzarətində məşq edən hər iki futbolçunun yüngül zədəsi var. Bazar günü əsas heyətdə meydana çıxıb-çıxmayacaqları oyun günündəki sağlıq durumlarından asılı olacaq.
Mayın 21-də keçiriləcək “Kəpəz” – “Neftçi” qarşılaşması saat 18:00-da başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:35 / 20.05.2023
“Neftçi” “Kəpəz”lə oyuna ciddi itkilərlə çıxacaq
Hazırda oxunan: “Neftçi” “Kəpəz”lə oyuna ciddi itkilərlə çıxacaq
Hazırda oxunan: “Neftçi” “Kəpəz”lə oyuna ciddi itkilərlə çıxacaq
137072
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.