Astarada basketbol üzrə Dünya Seriyasının oyunları başlayıb

Astarada basketbol üzrə Dünya Seriyasının oyunları başlayıb

Hazırda oxunan: Astarada basketbol üzrə Dünya Seriyasının oyunları başlayıb

137050

Basketbol üzrə Dünya Qadın Seriyasının Astara mərhələsinə start verilib. 

Azərbaycan Basketbol Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, turnirin açılış oyununda gənclər və idman naziri Fərid Qayıbov və elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.  

İlk görüş Almaniya və Ukrayna milliləri arasında baş tutub. Qarşılaşmada ukraynalılar 15:14 hesablı qələbə qazanıblar. B qrupunda isə favorit Çin millisi Avstriya komandasına 13:14 hesabı ilə məğlub olub. 

C qrupunda ilk oyununu keçirən Azərbaycan millisi Polşa seçməsi ilə oyundan 7:22 hesablı məğlubiyyətlə ayrılıb. D qrupunda qərarlaşan “Neftçi” klubu Rumıniya millisinə qalib gəlib - 15:12. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO