Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı davam edir

Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı davam edir

Hazırda oxunan: Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı davam edir

136807

Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, çempionatın üçüncü günündə gimnastlar fərdi proqramda mübarizə aparırlar.

Yarışda ölkəmizi fərdi növdə Zöhrə Ağamirova və İlona Zeynalova təmsil edirlər. Çempionatın üçüncü günündə gimnastlar lent və gürzlərlə proqramlarını nümayiş etdirirlər.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top ilə yarışlarda güclərini sınayacaqlar.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.

Yarışa mayın 21-də yekun vurulacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO