Astaradakı Dünya Seriyası oyunlarının TƏQVİMİ – FOTO   

Astaradakı Dünya Seriyası oyunlarının TƏQVİMİ – FOTO   

Hazırda oxunan: Astaradakı Dünya Seriyası oyunlarının TƏQVİMİ – FOTO   

136798

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsində iştirak edəcək 12 komanda 4 qrupda mübarizə aparacaq.  

Bizim.Media xəbər verir ki, A qrupunda Almaniya, Misir, Ukrayna, B qrupunda Çin, Çexiya, Avstriya, C qrupunda Polşa, klub Yuanda, Azərbaycan, D qrupunda Rumıniya, Macarıstan, klub Neftçi təmsil olunacaq.  

Reqlamentə əsasən qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar.

"Astara" mərhələsinin açılış oyunu 20 may saat 12:40 -da Almaniya və Ukrayna seçmələri arasında baş tutacaq. Yığma komandamızın qrupdakı ilk oyunu saat 13:30 -da Polşa millisinə qarşı, "Neftçi" klubunun oyunu isə saat 13:55 -də Rumıniya seçməsinə qarşı olacaq.  
Qeyd edək ki, Dünya Qadın Seriyasında "Astara" mərhələsinin oyunları CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq. 


Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO