UEFA Avropa Liqasının finalı – “Roma” – “Sevilya”

UEFA Avropa Liqasının finalı – “Roma” – “Sevilya”

Hazırda oxunan: UEFA Avropa Liqasının finalı – “Roma” – “Sevilya”

136774

Futbol üzrə UEFA Avropa Liqasında finalçılar bəlli olub.

Bizim.Media xəbər verir ki, səfərdə Almaniyanın “Bayer Leverkuzen” klubu ilə qolsuz heç-heçə edən “Roma” bu turnirdə ilk finalçı olub.

Qeyd edək ki, komandalar arasında Romada keçirilən ilk oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşmışdı 1:0.

“Roma”nın finaldakı rəqibi isə öz meydanında “Yuventus”u əlavə vaxtda 2:1 hesabı ilə məğlub edən “Sevilya” olub. Oyunda hesabı Vlahoviçin qolu ilə “Yuventus” açsa da, Suso tablodakı rəqəmləri bərabərləşdirib – 1:1. Turində oynanılan ilk matç da heç-heçə nəticələndiyindən, əlavə vaxt oynanılıb.

Əlavə vaxtda isə Erik Lamela meydan sahiblərinin qələbə qolunu vurub – 2:1.

Qeyd edək ki, UEFA Avropa Liqasının finalı mayın 31-də Budapeştdə keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO