Azərbaycan gimnastı Avropa çempionatında finala yüksəlib

Azərbaycan gimnastı Avropa çempionatında finala yüksəlib

Hazırda oxunan: Azərbaycan gimnastı Avropa çempionatında finala yüksəlib

136751

Azərbaycanın iki bədii gimnastı Bakıda keçirilən Avropa çempionatında fərdi proqramda çıxış edib.  

Bizim.Media xəbər verir ki, Zöhrə Ağamirova və İlona Zeynalova təsnifat mərhələsində halqa və topla bacarıqlarını nümayiş etdiriblər.  

Ağamirova halqa ilə hərəkətlərdə 32.150, topla hərəkətlərdə isə 32.550 xal toplayaraq hər ikisində finala yüksəlib. O, təsnifatda müvafiq olaraq, 6 və 5-ci yerləri tutub. Zeynalova halqa ilə hərəkətlərdə hakimlərdən 23.900 xal alaraq 59-cu olub.  

Gimnast topla hərəkətlərdə isə 27.300 xal toplayıb və yekunda 35-ci yeri tutub.  

Qeyd edək ki, yarışın ilk günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv iki medal qazanıb. Qitə çempionatı mayın 21-də başa çatacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO