Azərbaycan millisinin voleybolçusu Rusiyada gümüş medal aldı

Azərbaycan millisinin voleybolçusu Rusiyada gümüş medal aldı

Hazırda oxunan: Azərbaycan millisinin voleybolçusu Rusiyada gümüş medal aldı

136447

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Mariya Kirilyuk Rusiya çempionatının "A" Yüksək Liqasının ikincisi olub.

Bizim.Media xəbər verir ki, blokçunun şərəfini qoruduğu "Severyanka" (Çerepoveç) klubu son qarşılaşmada "Lokomotiv-2" kollektivi ilə üz-üzə gəlib.

Həlledici matçda rəqibini 3:1 hesabı ilə məğlub edən Çerepoveç təmsilçisi "A" Yüksək Liqanın gümüş medalına sahib çıxıb.

Qeyd edək ki, yarış dairəvi sistemlə keçirilib. İlkin etapı lider kimi başa vuran "Severyanka" final mərhələsində topladığı xallara görə ikinci olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO