“İnter” Çempionlar Liqasının finalına YÜKSƏLDİ - VİDEO

“İnter” Çempionlar Liqasının finalına YÜKSƏLDİ - VİDEO

Hazırda oxunan: “İnter” Çempionlar Liqasının finalına YÜKSƏLDİ - VİDEO

136375

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Bizim.Media xəbər verir ki, turnirin ilk finalçısı İtaliyada keçirilən Milan derbisində bəlli olub.

Belə ki, “İnter” klubu “Cüzeppe Meatsa” stadionunda “Milan”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda “İnter” minimal hesablı qələbə qazanıb – 1:0.

Fransalı FIFA referisi Kleman Türpenin idarə etdiyi matçda yeganə qolu Lautaro Martines vurub. Komandalar arasında ilk oyunda da “İnter” qələbə qazanıb – 2:0. İki oyunun nəticəsinə görə, “İnter” 13 ildən sonra yenidən turnirin finalına vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniyanın “Real Madrid” komandası İngiltərədə “Mançester Siti”nin qonağı olacaq. “Mançester Siti” – “Real Madrid” oyunu mayın 17-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO