Basketbol Liqasında finalçılar MÜƏYYƏNLƏŞDİ - FOTO

Basketbol Liqasında finalçılar MÜƏYYƏNLƏŞDİ - FOTO

Hazırda oxunan: Basketbol Liqasında finalçılar MÜƏYYƏNLƏŞDİ - FOTO

136368

Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində "NTD" və "Gəncə" komandaları arasında yarımfinal seriyasının üçüncü oyunu baş tutub.

Bizim.Media xəbər verir ki, iki əlavə vaxtın yaşandığı gərgin və prinsipial oyunun sonunda "Gəncə"  basketbolçuları 106-103 hesablı qələbə qazanıblar.  

Bu qələbə ilə yarımfinal seriyasını 2-1 hesabı ilə qalib tamamlayan "Gəncə" basketbolçuları finala vəsiqə qazanıblar. Final seriyasında onların rəqibi "Sabah" kollektivi olacaq.  
Ən məhsuldar basketbolçular: "NTD BK" (Londel Kinq - 23 xal, 12 ribaund), "Gəncə BK" (Cared Smol - 21 xal, 8 ribaund). 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO