“Qəbələ”nin kapitanı əməliyyat olundu

“Qəbələ”nin kapitanı əməliyyat olundu

Hazırda oxunan: “Qəbələ”nin kapitanı əməliyyat olundu

136278

“Qəbələ”nin zədəli futbolçuları Asif Məmmədov və Feras Abu Akalın durumuna aydınlıq gəlib. 

Bizim.Media xəbər verir ki, Misli Premyer Liqasının XXXIV turunun “Turan Tovuz”la oyununda (1:2) xəsarət alan yarımmüdafiəçilər dərhal müayinə olunub.  

Asifin axil vətərinin yırtılması aşkarlanıb. Bu səbəbdən 37 yaşlı futbolçu təcili əməliyyat olunub.

İlkin müayinələrdən sonra Ferasın da zədəsinin ciddi olduğu müəyyənləşib. Dizindən xəsarət alan 26 yaşlı israilli yarımmüdafiəçi təkrar müayinədən keçəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO