Dünya Seriyasının oyunları Astarada keçiriləcək – VİDEO  

Dünya Seriyasının oyunları Astarada keçiriləcək – VİDEO  

Hazırda oxunan: Dünya Seriyasının oyunları Astarada keçiriləcək – VİDEO  

136222

20-21 may tarixlərində Astara şəhərində qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları baş tutacaq.  

Bizim.Media xəbər verir ki, 3x3 qadın milli komandamızla yanaşı ikisi klub komandası olmaqla ümumilikdə 12 komanda yarışda iştirak edəcək.  

Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3x3 qadın yığma komandaları, Çinin "Yuanda" və yerli təmsilçimiz "Neftçi" klubu da Dünya Qadın Seriyasında mübarizə aparacaqlar. 
Qeyd edək ki, 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları Astara şəhər bulvarında keçiriləcək və CBC Sport telekanalı vasitəsilə basketbol sevərlərə təqdim olunacaq. 
 

Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO