“Neftçi” və “Sabah”ın potensial rəqibləri BƏLLİ OLDU – SİYAHI  

“Neftçi” və “Sabah”ın potensial rəqibləri BƏLLİ OLDU – SİYAHI  

Hazırda oxunan: “Neftçi” və “Sabah”ın potensial rəqibləri BƏLLİ OLDU – SİYAHI  

136206

Azərbaycan klublarının 2023/2024 mövsümündə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində yer alacaqları səbətlər məlum olub.  

Bizim.Media xəbər verir ki, çempionatı üçüncü sırada bitirəcəyi dəqiqləşən "Neftçi" güclülər arasında yer alacaq.  

Komanda səpələnmişlər səbətində olacaq. Tarixində ilk dəfə avrokuboklara vəsiqə əldə edən "Sabah" və Premyer Liqanın dördüncüsü, yaxud ölkə kubokunun qalibi səpələnməmişlər sırasında olacaq. Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü iyunda atılacaq, oyunlar isə iyulda olacaq. 
UEFA Konfrans Liqası 

II təsnifat mərhələsi 

Səpələnmişlər: “Brügge” (Belçika), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Plzen, Çexiya), “Budyo-Qlimt” (Norveç), “Lex”, “Legiya” (hər ikisi Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqorden” (İsveç), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan). 

Səpələnməmişlər: “Hammarbü” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Sabah” (Azərbaycan), “Ordabasi”, “Aktobe” (hər ikisi Qazaxıstan), “Auda” (Latviya) 

Qeyri-müəyyən: “Aris” (Yunanıstan). 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO