Karate Federasiyasında MALİYYƏ BÖHRANI  

Karate Federasiyasında MALİYYƏ BÖHRANI  

Hazırda oxunan: Karate Federasiyasında MALİYYƏ BÖHRANI  

136198

Azərbaycan Karate Federasiyasında maliyyə böhranı yaranıb.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, qurumun sponsoru artıq maliyyə vəsaiti ayırmır və bu səbəbdən də idmançıların beynəlxalq yarışlarda iştirakında müəyyən problemlər yaranıb.  

Elə bu yaxınlarda Mərakeşdə keçirilən Premyer Liqa turnirində yalnız İrina Zaretskanın iştirak etməsi də bununla əlaqədardır. Əslində, bu yarışda millimiz 8 idmançı ilə təmsil olunmalı idi.

Amma Karate Federasiyasında olan maliyyə böhranı ucbatından, yarışa yalnız Zaretska qatılıb. O da öz vəsaiti hesabına. Hazırda problemin aradan qaldırılması üçün həm federasiya rəhbərliyi, həm də Gənclər və İdman nazirliyi sponsor axtarışındadır.  
Qeyd edək ki, əgər karateçilərimiz reytinq yarışlarına qatılıb lazım olan xalları toplaya bilməsələr dünya çempionatında iştirak edə bilməyəcəklər. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO