Çempionlar Liqası: Bu gün ilk finalçı bəlli olacaq

Çempionlar Liqası: Bu gün ilk finalçı bəlli olacaq

Hazırda oxunan: Çempionlar Liqası: Bu gün ilk finalçı bəlli olacaq

136188

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Bizim.Media xəbər verir ki, turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində bəlli olacaq. Birinci oyunda "İnter"ə 0:2 hesabı ilə uduzan "Milan" məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

"Cüzeppe Meatsa" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

16 may

23:00. "İnter" (İtaliya) - "Milan" (İtaliya)

Baş hakim: Kleman Türpen (Fransa)

Milan, "Cüzeppe Meatsa" stadionu

İlk oyun - 2:0

Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"nin qonağı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO