Sebastian Fettel Formula E çempionatında iştirakdan İMTİNA ETDİ 

Sebastian Fettel Formula E çempionatında iştirakdan İMTİNA ETDİ 

Hazırda oxunan: Sebastian Fettel Formula E çempionatında iştirakdan İMTİNA ETDİ 

136135

Formula E və “Extreme E” seriyalarının baş promouteri Alexandro Aqaq Sebastian Fettel ilə uğursuz danışıqlardan söhbət açıb. 

Bizim.Media xəbər verir ki, Formula 1-in dördqat çempionu ötən il Böyük Mükafatlarda karyerasını başa vurub. O, bundan sonra nə ilə məşğul olacağı barədə hələ elan etməyib. 

“Mən Fetteli Formula E-yə keçmək üçün dilə tutmağa çalışdım, eləcə də onu “Extreme E” çempionatına dəvət etdim. Lakin o, əfsuslar olsun ki, vaxtında müraciət etmədi. Deyəsən Sebastian gələcək planları ilə bağlı qərar verib və özünə yeni iş tapıb”, - deyə Aqaq “Motosport” Niderland versiyasına müsahibəsində bildirib. 
Fettel özü Formula E çempionatı barədə dəfələrlə mənfi ifadələr işlədib. Xüsusən, ötən ilin payızında o, Aqaqın layihəsini ələ salaraq bildirib ki, elektrik maşınlarının çempionatının mövcudluğu əhəmiyyət kəsb etmir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO