Britaniyalı atlet:

Britaniyalı atlet: "Artıq Bakıdakı hava şəraitinə öyrəncəliyəm"

Hazırda oxunan: Britaniyalı atlet: "Artıq Bakıdakı hava şəraitinə öyrəncəliyəm"

135967

"Düzdür, hava çox küləkli idi, amma bunun özü də bir əyləncədir. Bakının küləklər şəhəri olduğunu öncədən eşitmişdim. Əvvəl də ölkənizdə olduğum üçün artıq hava şəraitinə öyrəncəliyəm".

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"də qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedən atəş üzrə yarışda qızıl medal qazanmış Böyük Britaniya atleti Şona Makintoş deyib.

Britaniyalı atıcı Azərbaycana dördüncü səfəri olduğunu bildirib:

"Qızıl medal qazandığıma görə sevincliyəm. Bakı bəyəndiyim şəhərdir. Bakı Atıcılıq Mərkəzindəki atəş meydanları da dünyada ən yaxşılardandır. Biz ailəlikcə atıcıyıq. Atam, anam, hətta böyük bacım da bu idman növü ilə məşğul olur. Şəxsi məşqçim də elə atamdır".
Ş.Makintoş deyib ki, Böyük Britaniya tarixinin ən uğurlu qadın tüfəng atıcısı olmağım onda əlavə təzyiq yaratmır: "Əksinə, bu, mənə özünəinam verir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO