“Qarabağ”ın futbolçusu Ukraynaya qayıda bilər

“Qarabağ”ın futbolçusu Ukraynaya qayıda bilər

Hazırda oxunan: “Qarabağ”ın futbolçusu Ukraynaya qayıda bilər

135864

“Qarabağ” mövsümün sonunda daha bir futbolçusu ilə yollarını ayıra bilər.  

Bizim.Media xəbər verir ki, söhbət cinah hücumçusu Rüstəm Əhmədzadədən gedir.  

Ötən ilin yanvarında Ukrayna klubu “Minay”dan transfer edilən 22 yaşlı ön xətt oyunçusu Ağdam təmsilçisində heç cür ümidləri doğrulda bilməyib. Məhz bu üzdən klub onu “Zirə”yə icarəyə vermişdi. Ancaq Əhmədzadə qəsəbə təmsilçisində də gözlənilən səviyyədə çıxış etmir.

Forvardın mövsümün sonunda “Zirə”dən ayrılaraq “Qarabağ”a qayıtması gözlənilir. Ancaq futbolçunun Ağdam klubunda əsas heyətə düşəcəyi inandırıcı deyil. Məhz bu səbəbdən gənc oyunçu Ukraynaya qayıtmaq arzusundadır. 
Hazırda o, Ukrayna Premyer Liqasında klub axtarır. Əhmədzadənin “Qarabağ”la müqaviləsi 2026-cı ilə qədər olduğundan, onun hansısa kluba yenidən icarəyə verilməsi də mümkündür. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO