\

\"Sabah\"ın \"Beşiktaş\"la qardaşlıq oyunu BAŞLADI 

Hazırda oxunan: \"Sabah\"ın \"Beşiktaş\"la qardaşlıq oyunu BAŞLADI 

135820

Xəbər verdiyimiz kimi, bu gün "Sabah"la Türkiyənin "Beşiktaş" klubu arasında yoldaşlıq matçı keçirilir. 

Bizim.Media xəbər verir ki,  görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılır.  Qardaşlıq oyununun baş hakimi Tural Qurbanov, köməkçi hakimlər Vüsal Məmmədov və Rəhman İmami, dördüncü hakim isə İnqilab Məmmədovdur.   

Qeyd edək ki, matç xeyriyyə xarakteri daşıyır. Oyundan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.  

Əlavə edək ki, "Sabah" Misli Premyer Liqasında 2-ci, "Beşiktaş" Türkiyə Superliqasında 68 xalla 3-cü pillədə qərarlaşıb. 

13 may 

18:00. "Sabah" - "Beşiktaş" - 0:0 (Birinci hissə) 

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, İnqilab Məmmədov 

Tofiq Bəhramov adına Respublika stadionu 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO