Bakıda üzgüçülük üzrə turnir start götürdü - FOTO 

Bakıda üzgüçülük üzrə turnir start götürdü - FOTO 

Hazırda oxunan: Bakıda üzgüçülük üzrə turnir start götürdü - FOTO 

135793

Mayın 12-də Bakı Su İdman Sarayında Üzgüçülük üzrə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnirin açılış mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın dövlət himni səsləndirildikdən sonra yarış iştirakçıları və hakimlər briqadası azarkeşlərin alqış sədaları altından zala daxil oldular. Tədbiri açıq elan edən Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti Xanlar Fətiyev Ulu Öndərin müstəqil dövlətimizin qurulmasında, bütün sahələrin, o cümlədən də idmanın inkişafında böyük rolu olduğunu vurğulayıb və idmançılara yarışlarda uğurlar arzulayıb.

Bildirilib ki, su idman növləri üzrə dahi şəxsiyyətin 100 illik yubileyinə həsr olunan turnirlər ilin sonuna qədər davam edəcək.

Sonra yarışların start fiti çalınıb, müxtəlif yaş dərəcələrində və müxtəlif üsüllarda 127 üzgüçü mübarizəyə başlayıb. Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışlarda 18 komanda açıq yaş qrupunda öz güclərini sınayacaqlar. İki gün davam edəcək turnirin sonunda qaliblər medallar və diplomlarla təltif olunacaqlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO