Fransanın paytaxtı Parisdə Avropa Olimpiya Komitəsinin (EOC) 43-cü seminarı başlayıb.
Bizim.Media xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun Baş katibi Azər Əliyev və Xarici Əlaqələr departamentinin müdiri Anar Bağırov Azərbaycan nümayəndə heyətini təmsil edirlər.
Avropa İdman Həftəsi çərçivəsində təşkil olunan seminarda EOC-un 2030-cu ilə qədər Strateji Gündəliyinin hazırlanması istiqamətində əldə olunan irəliləyişlər və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Həmçinin "Krakov-2023" Avropa Oyunları, "Maribor-2023" Avropa Gənclərinin Olimpiya Festivalı, "Paris-2024 Yay Olimpiya Oyunları və Milano-2026 Qış Olimpiya Oyunlarına dair fəaliyyət planı müzakirə olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media
![Milli Olimpiya Komitəsinin rəsmiləri EOK-un seminarında - FOTO Milli Olimpiya Komitəsinin rəsmiləri EOK-un seminarında - FOTO](https://bizim.media/file/articles/2023/05/13/1683922457_photo_5402108615806011895_y.jpg)
- A-
- A
- A+
İdman
03:41 / 13.05.2023
Milli Olimpiya Komitəsinin rəsmiləri EOK-un seminarında - FOTO
Hazırda oxunan: Milli Olimpiya Komitəsinin rəsmiləri EOK-un seminarında - FOTO
Hazırda oxunan: Milli Olimpiya Komitəsinin rəsmiləri EOK-un seminarında - FOTO
135729
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.