"Barselona"nın sabiq prezidenti azadlığa çıxdı - Korrupsiyada ittiham edilir

Hazırda oxunan: "Barselona"nın sabiq prezidenti azadlığa çıxdı - Korrupsiyada ittiham edilir

13545

İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Xosep Bartomeu məhkəmənin qərarı ilə müvəqqəti olaraq azadlığa buraxılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Marca" nəşri yayıb.

Mənbə yazır ki, o, yaxın günlərdə istintaq materialları ilə tanış olacaq və yenidən şübhəli qismində ifadə verəcək.

Xatırladaq ki, Bartomeu dünən səhər saatlarında saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada ittiham edilir. 

Onunla birlikdə Kataloniya təmsilçisinin baş direktoru Oskar Qrau, hüquqi xidmətlər üzrə direktor Roman Qomez Ponti, keçmiş direktor Xaume Masferrer də saxlanılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO