Azərbaycan millisinin 2 boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Bizim.Media xəbər verir ki, yığma üzvlərindən Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) 1/4 final döyüşünü qələbə ilə başa vurub.
Dominqes yarımfinala gedən yolda Şoxcahon Abdullayevlə (Özbəkistan) döyüşüb. Dünya çempionumuz inamlı qələbə sayəsində ardıcıl ikinci dəfə mundialın 1/2 finalına yüksəlib.
Onun uğurunu Abdullayev də davam etdirib. 1/4 finalda Nikoloz Beqadzelə (Gürcüstan) qarşılaşan dünya çempionatının mükafatçısı 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. Abdullayev də ardıcıl ikinci dəfə mundialın yarımfinalında iştirak hüququ əldə edib.
Hər iki boksçumuz yarımfinala vəsiqə əldə etməklə, özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Qeyd edək ki, 1/2 final döyüşləri mayın 12-də olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media