Daha üç boksçumuz dünya çempionatında mübarizəni dayandırdı

Daha üç boksçumuz dünya çempionatında mübarizəni dayandırdı

Hazırda oxunan: Daha üç boksçumuz dünya çempionatında mübarizəni dayandırdı

135128

Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə dünya çempionatı davam edir.  

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycan millisinin üç boksçusu rinqə çıxıb. Onların hər üçü elə ilk döyüşündə məğlub olub. 

1/8 final 

51 kq. Məsud Yusifzadə - Patrik Çinemba (Zambiya) - 0:5 

54 kq. Nicat Hüseynov - Finol Sequndo (Venesuela) - 0:5 

67 kq. Nəbi İsgəndərov - Tərxan İdiqov (Rusiya) - 1:4 

Qeyd edək ki, Tural Sarıyev (48 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq) və Eldar Quliyev (92 kq) mübarizəni dayandırıb.  
Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+91 kq) isə 1/4 finala yüksəliblər. Onların döyüşü mayın 10-da olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO