Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında Azərbaycanın daha 2 boksçusu mərhələ adlayıb.
Bizim.Media xəbər verir ki, mundialın 8-ci günündə yığma üzvlərindən biri 1/8, digəri 1/4 finala yüksəlib.
Boksçumuz Nicat Hüseynov (54 kq) Po-Hao Hsu (Tayvan) ilə döyüşüb. 1/16 final çərçivəsində baş tutan qarşılaşma Avropa çempionumuzun qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib.
Hüseynov 1/8 finalda Yeol Finol Rivasla (Venesuela) ilə üz-üzə gələcək. Görüş mayın 9-da keçiriləcək.
Dünya çempionumuz Alfonso Dominqes (86 kq) də çıxışını qələbə ilə başa vurub. O, Bill Makallisterə (Avstraliya) 5:0 (30:26, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
Dominqesin növbəti döyüşü mayın 10-da olacaq.
Tural Sarıyevlə (48 kq) Tayfur Əliyev (60 kq) isə 1/8 finalda yarışla vidalaşıblar. Onlar müvafiq olaraq, Vuttiçai Yuraçai (Tailand) və Vsevolod Şumkova (Rusiya) uduzublar. Qeyd edək ki, mundialın 9-cu günündə Hüseynovla yanaşı, daha 2 təmsilçimiz rinqə çıxacaq. Nəbi İsgəndərov (67 kq) Tarxan İdiqovla (Rusiya), Məsud Yusifzadə (51 kq) Patrik Çinyemba (Zambiya) ilə qarşılaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
11:08 / 09.05.2023
Dünya çempionumuz mərhələ adladı
Hazırda oxunan: Dünya çempionumuz mərhələ adladı
Hazırda oxunan: Dünya çempionumuz mərhələ adladı
135049
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.