Dünya çempionatı: İkiqat Avropa çempionumuz mübarizəyə başlayacaq

Dünya çempionatı: İkiqat Avropa çempionumuz mübarizəyə başlayacaq

Hazırda oxunan: Dünya çempionatı: İkiqat Avropa çempionumuz mübarizəyə başlayacaq

135029

Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında Azərbaycanın daha bir cüdoçusu bu gün mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionu Hidayət Heydərov 1/16 final mərhələsində mübarizəyə qoşulacaq.

26 yaşlı idmançı bu raundda Adil Osmanov (Moldova) - Martin Hojak (Sloveniya) cütünün qalibinə rəqib olacaq.

Qeyd edək ki, daha əvvəl oğlanlarda Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), qızlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Yarış mayın 14-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO