Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatı davam edir.
Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, mundialın 7-ci günündə Azərbaycan millisinin 4 idmançısı gücünü yoxlayıb.
51 kq çəkidə Məsud Yusifzadə (51 kq) 1/16 final mərhələsi çərçivəsində Maykl Trindadla (Braziliya) üz-üzə gəlib. Döyüş boksçumuzun 5:2 (2:0 əlavə hakimlər) hesablı qələbəsi ilə başa çatıb.
Yusifzadə 1/8 finalda Patrik Çinyemba (Zambiya) ilə döyüşəcək. Qarşılaşma mayın 9-da olacaq.
Məhəmməd Abdullayev (+92 kq) də mundialda növbəti qələbəsini qazanıb. O, 1/8 finalda əlcəzairli Murad Kadini mübarizədən kənarlaşdırıb – 4:1 (29:28, 28:29, 30:27, 29:28, 29:28).
Dünya çempionatının mükafatçısı üçüncü görüşündə gürcüstanlı Nikolos Beqadze ilə münasibətinə aydınlıq gətirəcək. Görüş mayın 10-na təsadüf edəcək.
Ümid Rüstəmov üçüncü döyüşündə Xavyer İbanes Diasla (Bolqarıstan) mübarizə aparıb. Qələbə qazanan rəqib 1/4 finala yüksəlib.
Mirşərif Kazımzadə (75 kq) isə ikinci qarşılaşmasında Salvatore Kavalyaro (İtaliya) ilə qüvvəsini sınayıb və 1/8 finala rəqib vəsiqə qazanıb.
Qeyd edək ki, yarışın 8-ci günündə Tural Sarıyev (48 kq) Vuttiçai Yuraçaini (Tailand), Nicat Hüseynov (54 kq) Po-Hao Hsunu (Tayvan), Tayfur Əliyev (60 kq) Vsevolod Şumkovu (Rusiya) və Alfonso Dominqes (86 kq) Bill Makallisteri (Avstraliya) sınağa çəkəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:13 / 07.05.2023
Dünya çempionatı: 2 boksçumuz mərhələ adladı
Hazırda oxunan: Dünya çempionatı: 2 boksçumuz mərhələ adladı
Hazırda oxunan: Dünya çempionatı: 2 boksçumuz mərhələ adladı
134825
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.