Azərbaycanlı idmançıya Avropa Cüdo Birliyində vəzifə verildi

Azərbaycanlı idmançıya Avropa Cüdo Birliyində vəzifə verildi

Hazırda oxunan: Azərbaycanlı idmançıya Avropa Cüdo Birliyində vəzifə verildi

134712

2016-cı il Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov Avropa Cüdo Birliyinin (ACB) Atletlər Komissiyasının üzvü təyin edilib.  

Bizim.Media xəbər verir ki, bu barədə ACB-nin rəsmi saytı məlumat yayıb.  

“ACB bundan sonrakı fəaliyyətində Atletlər Komissiyasının dəstəyini alacaq və komissiyanın üzvləri təcrübələrinə arxalanaraq idmanın müxtəlif məsələlərinə cəlb olunacaqlar”- deyə ACB-nin rəsmi səfhəsində vitse-prezidenti Hrvoye Lindi bildirib. 

Rüstəm Orucov Avropanın ən uğurlu və hörmətli cüdoçularından hesab olunur. O, 2017 və 2019-cu illərdəki Dünya çempionatlarında ikinci pilləyə yüksəlib. 2016-cı ildə Avropa çempionatının qızıl medalını qazanıb və eyni miqyaslı yarışın 2019-cu ildə gümüş, 2017, 2020, 2022-ci illərdə bürünc mükafatçısı olub. 
Qeyd edək ki, Rüstəm Orucov Milli Olimpiya Azərbaycan Atletlər Komissiyasının sədri, AMADA İdmançılar Məsləhətçi komissiyasının üzvüdür. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO