Ağdamda sambo üzrə ölkə turniri KEÇİRİLDİ - FOTO

Ağdamda sambo üzrə ölkə turniri KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Ağdamda sambo üzrə ölkə turniri KEÇİRİLDİ - FOTO

134708

Ağdam Olimpiya İdman Kompleksində Qarabağ müharibəsi şəhidləri, samboçu Əhliman Ağayevin və Habil Qasımovun xatirəsinə həsr olunan sambo güləşi üzrə açıq respublika turniri keçirilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Sambo Federasiyasının təşkilatçılığı ilə keçirilən açıq respublika turnirində 18 komandada 2007-2009-cu il təvəllüdlü 120-dən çox idmançı iştirak edib.  

Turnir əvvəlcə Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Yeniyetmə samboçuların gərgin və sağlam idman mübarizəsi tamaşaçıların marağına səbəb olub. Tatami üzərində güc nümayiş etdirən idmançılar arasında yüksək yer tutanlar kubok, medal və qiymətli hədiyyələrlə təltif olunublar.    

Turnirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılara yaradılmış şəraitdən geniş söhbət açıblar.  

Samboçu şəhid Əhliman Ağayevin əkiz qardaşı, sambo üzrə beynəlxalq titullara sahib Səhliman Ağayev turnirin Ağdamda keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu qeyd edib:  

“Bildiyiniz kimi biz Ağdam rayonunda doğulmuşuq. Qardaşımın Qarabağ müharibəsinin ilk illərində silaha sarılması hadisəsi elə bu torpaqlarda olub. Ona görə də onun doğulduğu və şəhid olduğu rayonda bu turnirin təşkil edilməsinin xüsusi əhəmiyyəti var.
Əminliklə deyə bilərəm ki, ölkəmizdə sambonun inkişafı üçün gələcəkdə əlimdən gələni əsirgəməyəcəyəm. Həmçinin növbəti belə turnirlərin keçirilməsi üçün səy göstərəcəyəm. Ümid edirəm ki, həmişə olduğu kimi yerli samboçularımız beynəlxalq idman arenalarında ölkəmizi layiqincə təmsil edəcək və bu turnir həmin nəaliyyətlər üçün böyük töhvə verəcəkdir”.  







Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO