"Sabah" pley-off seriyasında ilk qələbəsini qazandı

Hazırda oxunan: "Sabah" pley-off seriyasında ilk qələbəsini qazandı

134611

5 may "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsinə start verilib.  

Bizim.Media xəbər verir ki, yarımfinal seriyasının ilk oyununda "Sabah" və "AAAF Xırdalan" komandaları qarşılaşıblar.  

Oyuna sürətli başlayan "Sabah" basketbolçuları yekunda 86-71 hesablı qələbə qazanıblar. Bu qələbə ilə "Sabah" seriyada 1-0 önə keçib. Yarımfinal seriyasının ikinci oyunu 9 may tarixində baş tutacaq.  Ən məhsuldar basketbolçular:  "Sabah BK" ( Entoni Patti - 19 xal, 12 ribaund), "AAAF Xırdalan BK" (Deymon Makdouel - 26 xal, 9 asist) 
Qeyd edək ki, pley-off mərhələsində ikinci yarımfinal seriyasının ilk oyunu ("NTD" - "Gəncə") 6 may saat 19.30 -da "Sərhədçi" İdman Mərkəzində keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO