İdmançımız Dünya kubokunda gümüş medal qazandı

İdmançımız Dünya kubokunda gümüş medal qazandı

Hazırda oxunan: İdmançımız Dünya kubokunda gümüş medal qazandı

134605

Bu günlərdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində para-pauerliftinq üzrə Dünya kuboku yarışları keçirilib.  

Qax rayon gənclər və idman idarəsindən Bizim.Media-ya verilən məlumata əsasən, yarışlarda millimizin üzvü, qaxlı para-pauerliftinq ustası Şamo Aslanov da iştirak edib.   

Şamo Aslanov (+107 kq) üç cəhdin cəmində 595 kq nəticə göstərib. Bununla da o, Dünya kubokunun gümüş mükafatına layiq görülüb.   

Qax rayon gənclər və idman idarəsindən o da bildirilib ki, idmançının rayonda qarşılanması və görüş keçirilməsi planlaşdırılıb.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO