Qadın güləşçilərimiz Türkiyədə 10 medal qazandı

Qadın güləşçilərimiz Türkiyədə 10 medal qazandı

Hazırda oxunan: Qadın güləşçilərimiz Türkiyədə 10 medal qazandı

134234

Türkiyənin Antalya şəhərində gənclər (U20) arasında güləş üzrə "Çempionlar" turniri başa çatıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycanı ənənəvi yarışda sərbəst və qadın güləşçilər təmsil ediblər. 

Sərbəst güləşdə Ceyhun Allahverdiyev (61 kq) və Ramik Heybətov (65 kq) qızıl, Ruslan Abdullayev (57 kq) gümüş, Cavidan Əhmədov (70 kq), Əkbər Vəliyev (74 kq), Təbriz Bayramov (86 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal qazanıb. 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən yığma 140 toplayaraq komanda hesabında 3-cü yeri tutub. 
Qadın güləşçilər isə 1 dəst medala sahib çıxıblar. Gültəkin Şirinova (53 kq) çempion olub. Ruzanna Məmmədova (55 kq) ikinci, Əsmər Cankurtaran (53 kq) isə üçüncü yeri tutub. 

Beləliklə, 2 növün cəmində ümumilikdə 10 (3 qızıl, 2 gümüş, 5 bürünc) medal qazanılıb. 

Qeyd edək ki, "Çempionlar" turnirində II dərəcəli beynəlxalq hakim Xəzər Allahverdiyev ədaləti qoruyub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO