Paralimpiyaçılarımız Almaniyada daha iki medal QAZANDI 

Paralimpiyaçılarımız Almaniyada daha iki medal QAZANDI 

Hazırda oxunan: Paralimpiyaçılarımız Almaniyada daha iki medal QAZANDI 

134189

Paralimpiyaçılarımız Almaniyada daha iki medal qazanıb. 

Bizim.Media xəbər verir ki, güllə atıcılığı milli komandasının üzvü Kamran Zeynalov odlu silahdan (tapança) 50 metrəyə atışın fərdi yarışında gümüş medala sahib çıxıb.  

Komanda yarışında iştirak edən millimiz (Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayeva) isə Hannoverdə keçirilən Beynəlxalq turnirdə odlu silahdan (tapança) 50 metrəyə atışda bürünc medal qazanıblar.  
Qeyd edək ki, turnir 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək Dünya Çempionatında iştirak üçün lisenziya qazandırır. Yarışlar davam edir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO