Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha 3 idmançısı mübarizəyə qoşulub.
Mirşərif Kazımzadə (75 kq) 1/32 final çərçivəsində Edvin Ovuoru (Keniya) sınağa çəkib. Döyüş təmsilçimizin 4:1 (28:29, 30:27, 30:27, 29:28, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.
Kazımzadə 1/16 finalda ilk mərhələdən azad olan Salvatore Kavalyaro (İtaliya) ilə qarşılaşacaq. Görüş mayın 7-də olacaq.
Murad Allahverdiyev (80 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. Tacikistanlı Şabbos Neqmatullayevlə (Tacikistan) üz-üzə gələn boksçumuz 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesablı qələbə sayəsində 1/16 finala yüksəlib. O, ikinci döyüşünü mayın 5-də qazaxıstanlı Nurbek Oralbaya qarşı keçirəcək.
Onlardan fərqli, Malik Həsənov (63,5 kq) dünya çempionatında çıxışını başa vurub. 1/32 finalda Bilgə Kanlı (Türkiyə) ilə döyüşən boksçumuz hakimlərin əlavə xalına əsasən məğlub olub.
Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı mundialın üçüncü günündə Tayfur (60 kq) və Sərxan (71 kq) Əliyev qardaşları rinqə çıxacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:10 / 02.05.2023
İki boksçumuz dünya çempionatında mərhələ adladı - FOTO
Hazırda oxunan: İki boksçumuz dünya çempionatında mərhələ adladı - FOTO
Hazırda oxunan: İki boksçumuz dünya çempionatında mərhələ adladı - FOTO
134003
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.