İdmançılarımızın may ayı üçün reytinq cədvəli AÇIQLANDI 

İdmançılarımızın may ayı üçün reytinq cədvəli AÇIQLANDI 

Hazırda oxunan: İdmançılarımızın may ayı üçün reytinq cədvəli AÇIQLANDI 

134000

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin mayın 1-nə olan reytinq cədvəlini açıqlayıb. 

Bizim.Media qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıya bədii gimnast Zöhrə Ağamirova başçılıq edir. 

O, 810 xalla birinci pilləyə yüksəlib. 725 xala malik bədii gimnastika üzrə qrup hərəkətləri komandası liderliyi əldən verərək, ikinci yerə düşüb. 

İdman gimnastı Nikita Simonov isə 420 xalla üçüncü pillədə yer alıb. Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır.
Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO