Deputatdan 7 yaşlı uşağın məşqdə ölməsinə SƏRT REAKSİYA – “Bütün zallarda kamera quraşdırılmalıdır” 

Deputatdan 7 yaşlı uşağın məşqdə ölməsinə SƏRT REAKSİYA – “Bütün zallarda kamera quraşdırılmalıdır” 

Hazırda oxunan: Deputatdan 7 yaşlı uşağın məşqdə ölməsinə SƏRT REAKSİYA – “Bütün zallarda kamera quraşdırılmalıdır” 

133874

“Dünən Sumqayıt idman məktəbində məşqçi Mehman Xəlilov tərəfindən 7 yaşlı uşağa qarşı zorakılığın görüntüləri yayıldı. Həmin videodan aydın olur ki, həmin məşqçi digər uşaqlara qarşı da zorakı davranıb”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Kamal Cəfərov səsləndirib. 

“Bu cür hallara qarşı xüsusi yanaşmanın göstərilməsi vacibdir. Gənclər və İdman Nazirliyi, müvafiq federasiyalar bu məsələ ilə məğul olmalıdır. O cümlədən, idman məşqçiləri ilə profilaktik söhbətlər aparılmalı, zallarda kameraların quraşdırılması məcburi olmalıdır. Buradan uşaqlara da səslənmək istəyirəm ki, məşq zallarında zorakılıqla qarşılaşdıqda mütləq polisə müraciət etsinlər”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO