Boksçumuz dünya çempionatına qələbə ilə BAŞLADI  

Boksçumuz dünya çempionatına qələbə ilə BAŞLADI  

Hazırda oxunan: Boksçumuz dünya çempionatına qələbə ilə BAŞLADI  

133867

Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatına start verilib.

Bizim.Media xəbər verir ki, 107 ölkədən 538 idmançının qatıldığı mundialın ilk günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb. 

57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov 1/32 final çərçivəsində Suleyman Samqhouli (Mərakeş) ilə üz-üzə gəlib. Döyüş boksçumuzun 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:27) hesablı qələbəsi ilə yekunlaşıb. Rüstəmov növbəti görüşündə türkiyəli Batuhan Citfçi ilə üz-üzə gələcək. Qarşılaşma mayın 5-də olacaq. 

Eldar Quliyev (92 kq) isə 1/32 finalda Ahmad Alteymatla (İordaniya) döyüşüb. Görüş rəqibin qələbəsi ilə başa çatdığından təmsilçimiz dünya çempionatı ilə vidalaşıb. 

Qeyd edək ki, dünya çempionatının ikinci günündə daha 3 boksçumuz mübarizəyə qoşulacaq. Malik Həsənov (63,5 kq) Bilgə Kanlını (Türkiyə), Mirşərif Kazımzadə (75 kq) Edvin Ovuoru (Keniya), Murad Allahverdiyev (80 kq) isə Şabbos Neqmatullayevi (Tacikistan) sınağa çəkəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO