Gürcüstanda erməni idmançıya qalib gələn qubalı idmançı təntənə ilə QARŞILANDI - FOTO 

Gürcüstanda erməni idmançıya qalib gələn qubalı idmançı təntənə ilə QARŞILANDI - FOTO 

Hazırda oxunan: Gürcüstanda erməni idmançıya qalib gələn qubalı idmançı təntənə ilə QARŞILANDI - FOTO 

133788

Qubanın Aşağı Atuc kəndindən olan MMA döyüşçüsü Zəfər Abdürrəhmanov aprelin 29-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "GFC-Georgian Fighting Championship" liqasının 20-ci seriyasında erməni idmançı Narek Qalstyanı 43 saniyəyə məğlub edərək  yarışın çempionu adını qazanıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, erməni Narekin kürəyini bir andaca yerə vuran Zəfər Abdürrəhmanov Quba şəhərinin girəcəyindəki Qoşa qapıda hörmət və ehtiramla qarşılanıb. 

Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, icra hakimiyyətinin məsul şəxsləri, idmançılar, ictimaiyyət nümayəndələri şəhərin girişində çempionu hərarətlə qarşılayıblar. Ziyəddin Əliyev Zəfər Abdürrəhmanovu erməni idmançı üzərində qələbə qazandığı  münasibəti ilə  təbrik edib, ona böyük idmanda uğurlar arzulayıb. 
Qarşılanmadan sonra qalib Zəfər Abdürrəhmanov idmançılarla  birgə Quba Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda həyatından keçən igid şəhidlərimizin xatirəsini ehtiramla anaraq, məzarlarını ziyarət edib. 

Quba rayon gənclər və idman idarəsinin rəisi Mustafa Nöhbalayev Zəfər Abdürrəhmanovun MMA döyüş növü üzrə daha bir beynəlxalq yarışa hazırlaşdığını qeyd edib. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO