Azərbaycanın gənc karateçisi Dəniz Nəcəfli Avropa çempionu olub.
Bizim.Media xəbər verir ki, Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə Azərbaycan idmançılarının da çıxış etdiyi 13-cü Avropa çempionatı başa çatıb.
Bu çempionatda Dəniz Nəcəfli indiyədək karyerasında əsas qələbəsini qazanıb. O, 10-11 yaşlılar arasında Avropa çempionu olub. Bolqarıstan, Rumıniya, Yunanıstan və Özbəkistandan olan rəqiblərini məğlub edən Dəniz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Dəniz Nəcəflinin 11 yaşı var, beşinci sinifdə oxuyur. Dünya çempionu Şahin Atamovun rəhbərliyi altında karate ilə məşğul olmağa cəmi bir il yarım əvvəl başlayıb və bu müddət ərzində bir neçə beynəlxalq turnirin qalibi olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:54 / 01.05.2023
11 yaşlı azərbaycanlı qız karate üzrə Avropa çempionu oldu - FOTO
Hazırda oxunan: 11 yaşlı azərbaycanlı qız karate üzrə Avropa çempionu oldu - FOTO
Hazırda oxunan: 11 yaşlı azərbaycanlı qız karate üzrə Avropa çempionu oldu - FOTO
133745
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.