Azərbaycan boksçularının dünya çempionatında İLK RƏQİBLƏRİ

Azərbaycan boksçularının dünya çempionatında İLK RƏQİBLƏRİ

Hazırda oxunan: Azərbaycan boksçularının dünya çempionatında İLK RƏQİBLƏRİ

133639

Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında keçiriləcək dünya çempionatının püşkü atılıb.

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, mayın 1-də start götürəcək mundialda Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.

Yarışın ilk günündə Ümid Rüstəmov (57 kq) və Eldar Quliyev (92 kq) rinqə çıxacaqlar.

1/32 final

Ümid Rüstəmov (57 kq) – Suleyman Samqhouli (Mərakeş)

Malik Həsənov (63,5 kq) – R. İge (Nigeriya)

Sərxan Əliyev (71 kq) – Dev Nişant (Hindistan)

Mirşərif Kazımzadə (75 kq) – Edvin Ovuor (Keniya)

Murad Allahverdiyev (80 kq) – Şabbos Neqmatullayev (Tacikistan)

Eldar Quliyev (92 kq) – Ahmad Alteymat (İordaniya)

1/16 final

Tural Sarıyev (48 kq) – Al-Jaleel Jokhu (Trinidad və Tobaqo)

Məsud Yusifzadə (51 kq) – Maykl Trindad (Braziliya)/Sehyonq Jo (Cənubi Koreya)

Nicat Hüseynov (54 kq) – P. Hsu (Tayvan)

Tayfur Əliyev (60 kq) – Mirzohid İmamnazarov (Qırğızıstan)

Nəbi İsgəndərov (67 kq) – Ali Habibinejad (İran)

Məhəmməd Abdullayev (+92 kq) – Taeunq Ju (Cənubi Koreya)

1/8 final

Alfonso Dominqes (86 kq) – Kalpana Çoudhari (Hindistan)/Bill Makallister (Avstraliya)

Qeyd edək ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışın final döyüşləri mayın 13-də və 14-də olacaq. Mundialda qızıl medal qazanacaq boksçular 200 min dollar gəlir əldə edəcək. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafatlandırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO