Qazaxıstanın paytaxtı Astana şəhərində dünya şahmat tacı uğrunda matçın sonuncu 14-cü pariyası baş tutub.
Bizim.Media xəbər verir ki, 13 partiyadan sonra heç-heçə olan matçda bu dəfə ağlarla Din Lijen mübarizə aparıb.
Partiyada Nimsoviç debütü oynanılıb. Bu dəfə də ağlarla oynayarkən çinli qrossmeyster hücumu ilə partiyanı maraqlı edib. Əvvəlki günlərdən fərqli olaraq bu dəfə şahmatçılar elə də ciddi səhvlər etməyiblər.
Partiyada diqqətçəkən məqam Lijenin qalaqurmadan yararlanmayaraq şah cinahı ilə hücumu olub. H xəttindəki piyadası ilə Nepomnyaşiyə təhlükə yaratmağa çalışan çinli şahmatçı hücumdan üstünlük əldə edə bilməyib.
Əksinə, partiyanın bəzi məqamlarında Yan qələbə qazanmaq üçün imkanlar əldə edib. Sonda lövhə üzərində tam bərabər vəziyyət yaranıb.
Beləliklə, klassik üslubda son partiyada da heç-heçə olduğundan dünya çempionu tay-brekdə müəyyənləşəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
07:29 / 30.04.2023
Şahmat üzrə dünya çempionu tay-breykdə müəyyənləşəcək
Hazırda oxunan: Şahmat üzrə dünya çempionu tay-breykdə müəyyənləşəcək
Hazırda oxunan: Şahmat üzrə dünya çempionu tay-breykdə müəyyənləşəcək
133533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.